“Liverpul”un sabiq futbolçusu vəfat etdi

Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Rey Kennedi dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, 71 yaşında vəfat edən mərhum yarımmüdafiəçi uzun müddət idi parkinson xəstəliyindən əziyyət çəkirdi.

Kennedi karyerası ərzində “Arsenal”, “Liverpul”, “Hartpul” və “Suonsi” kimi klubların formasını geyinib. O, “Liverpul”un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA kuboku (1976) və superkubokunu (1977) qazanıb.

1976-1980-ci illərdə millinin şərəfini qorumuş Kennedi İngiltərə yığmasında 18 oyuna çıxıb, 3 qol vurub.