“Arsenal”dan qələbə, MY və “Liverpul”dan heç-heçə

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Vest Hem” “Fulhem”lə, “Kardiff Siti” isə “Uotford”la üz-üz gəlib. “Vest Hem” doğma meydanda inamlı qələbəyə sevinib. “Uotford” isə səfərdə darmadağına imza atıb.

Şənbə günü daha dörd görüş baş tutub. “Tottenhem” səfərdə “Bernli”yə uduzub. “Lester” isə “Kristal Pelas”la ev oyununda darmadağına üzülüb. “Bornmut” – “Vulverhempton” oyununda qalib müəyyənləşməyib. “Nyukasl” isə “Haddersfild”i 2 cavabsız qolla məğlub edib.

“Arsenal” öz meydanında “Sauthempton”u qəbul edib. London klubu bu oyunda 2 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. Turnir cədvəlinin lideri “Liverpul” “Mançester Yunayted” səfərinə yollanıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə hesab açılmayıb.

27-ci turda keçirilməsi nəzərdə tutulan “Çelsi” – “Brayton” matçı isə təxirə salınıb. “Zadəganlar” İngiltərə Liqa kubokunun final oyunu çərçivəsində, fevralın 24-də “Mançester Siti” ilə üz-üzə gələcək.

27-ci turun “Everton” – “Mançester Siti” matçı isə bir neçə gün əvvəl oynanılıb. Qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsiylə bitib.

İngiltərə Premyer Liqası, 27-ci tur

22 fevral

Vest Hem – Fulhem 3:1
Qol: Çiçarito, 29. Diop, 40. Antonio, 90 – Babel, 3.

Kardiff Siti – Uotford 1:5
Qol: Bamba, 82 – Deulofeu, 18; 61; 63. Dini, 73; 90.

23 fevral

Bernli – Tottenhem 2:1
Qol: Vud, 57. Barnes, 83 – H.Keyn, 65.

Bornmut – Vulverhempton 1:1
Qol: Kinq, 14-pen – R.Ximenes, 83-pen.

Nyukasl – Haddersfild 2:0
Qol: Rondon, 46. A.Peres, 52.

Lester – Kristal Pelas 1:4
Qol: Evans, 64 – Batşuayi, 40. Zaha, 70; 90. Milivoyeviç, 81-pen.

24 fevral

Arsenal – Sauthempton 2:0
Qol: Lakazette, 6. Mxitaryan, 17.

Mançester Yunayted – Liverpul 0:0

Bombardir: Məhəmməd Salah (Liverpul), Serxio Aquero (Mançester Siti) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button