“Liverpul”un kapitanı: “Barselona” yaxşı komandadır, amma…”

Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə qarşılaşacaq “Liverpul”un futbolçusu Ceyms Milner açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı kapitan, Kataloniya klubunu məğlub edə biləcəklərini deyib:

“Mançester Siti”də forma geyinərkən, bir neçə dəfə “Kamp Nou”da oynamışam, amma yaxşı nəticə əldə edə bilməmişəm. Ümid edirəm ki, bu dəfə şanslı olaram. Rəqibin gücünü və “Kamp Nou”nun nə qədər çətin bir yer olduğunu bilirik, amma bu oyunlar rəqib üçün də çətin olacaq. Orda əlimizdən gələnin ən yaxşısını etməyə məcburuq.

“Barselona” yaxşı komandadır, amma indiyə qədər bizim kimi oynayan başqa bir komandayla qarşılaşdıqlarını düşünmürəm. “Barselona”nı məğlub edə bilərik”.