“Bu oyunla yeni mövsümdə Çempionlar Liqasında oynamağa layiq deyilik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 33-cü turu çərçivəsində “Nyukasl”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan alman mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Rəqiblərimizə yaxşı şans verdik. Bu heç-heçəni məğlubiyyətə bərabər hesab etmək olar. Çoxlu qol şansı yaratdıq, lakin dəyərləndirə bilmədik. Bu mövsüm son zərbələrdə çətinlik çəkirik. Bu oyunda da bunu gördük. Bu oyunla yeni mövsümdə Çempionlar Liqasında oynamağa layiq deyilik”.

“Liverpul” Premyer Liqada 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button