Klopp: “Bu, məğlubiyyətə bənzəyir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada “Brayton”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:2 hesabıyla bitən qarşılaşmayla bağlı bunları deyib:

“Bu, məğlubiyyətə bənzəyir. Hesabda 2:0 öndə olsaq da, qələbə qazana bilmədik. Buna baxmayaraq, iki gözəl qol vurduq.

“Brayton”un oyununa mane olmağın ən rahat yolu topu özümüzdə saxlamağımız idi. Bunu edə bilmədik və bizə problem yaratdılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button