“Maska və əlcəkdən istifadə edən təkcə mənəm, özümü yad kimi hiss edirəm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərədə koronavirus pandemiyasına yoluxanların sayının çox olması haqda danışıb.

Komanda.az xəbər verir ki, “Daily Mail” nəşrinə danışan Klopp, Almaniya ilə İngiltərədəki vəziyyəti müqayisə edib:

“Başa düşə bilmirəm ki, niyə İngiltərədə maska taxmağa 15 iyunda başlanıldı. Digər ölkələrdə 5-6 həftə qabaq bunu etdilər. Maskanın faydasının olub-olmamasını mübahisə etmək olar, ancaq bir şey də var ki, maska taxmağa daha tez başlayan ölkələrdə yoluxma sayı xeyli azalıb.

Almaniyada dükanlara maskasız girə bilməzsiz. Dükanlarla yanaşı, digər qapalı məkanlarda da elədir. Görürsən ki, insanlar özlərini və ətrafını qorumağa çalışırlar. İngiltərədə maska və əlcəkdən istifadə edən təkcə mənəm, özümü yad kimi hiss edirəm. Kimsə koronavirus pandemiyasının tam bitmədiyini deməyincə, bunlardan əl çəkməyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button