“Əsəbi deyiləm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Zalsburq”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 4:3 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“İlk 30 dəqiqə möhtəşəm oynadıq. Sonra “Zalsburq”un sistemi dəyişdi və topu itirməyə başladıq. Bu, bizə problem yaratdı. Hesab 3:3 olana qədər oyunu idarə edə bilmədik. Ancaq sonra yaxşı reaksiya göstərdik və qələbə qazandıq.

Əsəbi deyiləm. Həqiqətən, çox yaxşı oynadıq və mübarizə apardıq. Oyunları qazanmaq üçün 6-7 qol vurmaq məcburiyyətində deyilsiz.

“Zalsburq” yaxşı komandadır və ilk 30 dəqiqədə onlara çətinlik yaratdıq. Çətin qrupdayıq və ilk xalımızı qazandıq. Oyun indi başlayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button