“Özümə başqa bir problem axtarmıram” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya yığmasını çalışdıracağıyla bağlı çıxan iddialara münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, hazırda bu haqda düşünmədiyini deyib:

“Bəlkə, gələcəkdə belə bir şey ola bilər, amma indi yox. Hazırda bu haqda düşünməyə vaxtım yoxdur, onsuz da stresli işim var. Bu məsələ ilə bağlı kimsə mənimlə əlaqə saxlamayıb. “Liverpul”da çalışıram və çox şeyə görə məsuliyyət daşıyıram. Özümə başqa bir problem axtarmıram, onsuz da kifayət qədər problemlərim var”.

Almaniya yığmasında baş məşqçi Yoahim Lövün ya Yurgen Klopp, ya da “Bavariya”nın çalışdırıcısı Hans-Diter Fliklə əvəzlənəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button