
“Liverpul”la matçda “Qarabağ” azarkeşləri üçün ayrılan yerlərin sayı bilindi
UEFA Çempionlar Liqasının sonuncu turunda baş tutacaq “Liverpul”la matçda “Qarabağ”ın azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı məlum olub.
Bu barədə Komanda.az-a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” matçını “Enfild”də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
“iTicket.az” saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 AZN təşkil edəcək. “Qarabağ” azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



