“Liverpul”la ikinci oyunda nəyə qadir olduğumuzu göstərdik”

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Yunayted”lə qarşılaşacaq PSJ-nin futbolçusu Dani Alveş oyundan əvvəl açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, qalib gəlmək istədiklərini deyib:

“Çempionlar Liqasının oyunları çempionat oyunları ilə eyni deyil. Biz bu turnirdə fərqli tələblərlə oynamalıyıq, oyuna nəzarəti əvvəldən sona qədər saxlamalıyıq. Qrup oyunlarına “Liverpul”a məğlubiyyətlə start vermişdik, amma onlarla ikinci oyunumuzda nəyə qadir olduğumuzu göstərdik. Qrup mərhələsində etdiyimiz səhvləri təhlil etməli və düzəltməliyik. Bu mərhələdə çox oyun olmur, buna görə də, səhvlərdən qaçmalıyıq. Komandalar arasında böyük rəqbət var. Bütün detallara diqqət etməliyik ki, istədiyimiz nəticəni əldə edək. Qalib gəlmək üçün mübarizə aparacağıq”.

“Mançester Yunayted” – PSJ oyunu bu gün, saat 00:00-da start götürəcək.