Valverde kimi arzulayır: “Liverpul”, yoxsa “Portu”?

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Yunayted”ə 3:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyunda iki qolla yadda qalan Lionel Messinin komandaya böyük dəstək olduğunu deyib:

“Oyunun əvvəlində daha yaxşı oynamalı idik, amma tez bir zamanda vəziyyəti düzəltdik. Messinin hər zaman böyük oyunlarda fərqləndiyini bilirik. Sadəcə, qol vurmaqla deyil, oyunun hər anında komandaya böyük dəstək olur.

“Barselona”dan həmişə tələblər çox olur. Bütün turnirlərdə qalib gəlməyə məcburuq. Nəticə qazanmağa davam etməliyik. Sona qədər getmək istəyirik”.

Növbəti mərhələdə qarşılaşa biləcəkləri rəqib haqqında danışan ispan mütəxəssis, “Liverpul” və “Portu” arasında seçim etmək istəmədiyini deyib:

“Artıq yarımfinaldakı rəqibimizi gözləyirik. Çempionlar Liqasındakı heç bir rəqiblə oyunlarda əminlik ola bilməz. “Liverpul” ilk oyunda yaxşı nəticə əldə etdi. Nə baş verəcəyini görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button