“Liverpul”un “radar”ındadır – Almaniya klubunun futbolçusu

“Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Stiller Almaniya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” almaniyalı futbolçu ilə maraqlanır. “Liverpul”un baş məşqçisi Arne Slot özü şəxsən yarımmüdafiəçinin transferini istəyir.

Stillerin “Ştutqart”la hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunda başa çatacaq. O, bu mövsüm Bundesliqada 30 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button