“Bayern” və “Milan” ingiltərəli müdafiəçi ilə maraqlanır

“Liverpul”un mərkəz müdafiəçisi Co Qomes yay transfer dövründə klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” və “Milan” 28 yaşlı futbolçuyla maraqlanır. İngiltərəli müdafiəçinin “qırmızılar”la müqaviləsinin müddətinin bitməsinə cəmi bir il yarım qaldığına görə, o, bu yay klubdan ayrıla bilər. “Liverpul” daha gənc və daha bacarıqlı oyunçulara investisiya qoymaqla müdafiəsini yeniləməyə çalışır.

Qomes 2015-ci ildən “Liverpul”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button