“Arsenal”la “Çelsi”dən qələbə, MY və MS-dən məğlubiyyət

İngiltərə Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Turun açılış oyununda “Tottenhem” “Brayton”la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Lider “Liverpul” “Lester”lə oyunda ardıcıl 8-ci qələbəsinə sevinib.

“Bernli” “Everton”u məğlub yola salıb. “Uotford” – “Şeffild Yunayted” matçında qapılara qol vurulmayıb. “Aston Villa” səfərdə “Norviç Siti”ni darmadağın edibsə, “Kristal Pelas” da “Vest Hem”ə qalib gəlib.

“Çelsi” bu turda “Sauthempton” səfərinə yollanıb və darmadağına sevinib. “Mançester Siti” “Vulverhempton”u qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib. “Mançester Yunayted” də səfərdə “Nyukasl”a uduzub. “Arsenal” isə doğma azarkeşləri qarşısında “Bornmut”u minimal hesabla məğlub edib.

İngiltərə Premyer Liqası, 8-ci tur

5 oktyabr

Brayton – Tottenhem 3:0
Qol
: Maupay, 3. Konnoli, 32; 65.

Bernli – Everton 1:0
Qol
: Hendrik, 72.

Liverpul – Lester 2:1
Qol
: Mane, 4-. Milner, 90-pen – Maddison, 80.

Norviç – Aston Villa 1:5
Qol
: Drmiç, 88 – Uesli, 14; 30. Qriliş, 49. Hauriheyn, 61. D.Luis, 83.

Uotford – Şeffild Yunayted 0:0

Vest Hem – Kristal Pelas 1:2
Qol
: Haller, 54 – Van Anholt, 63-pen. Ayyu, 87.

6 oktyabr

Arsenal – Bornmut 1:0
Qol
: D.Luis, 9.

Mançester Siti – Vulverhempton 0:2
Qol
: Traore, 80; 90+4.

Sauthempton – Çelsi 1:4
Qol
: İnqs, 30 – Abraham, 17. Mount, 24. Kante, 40. Batşuayi, 89.

Nyukasl – Mançester Yunayted 1:0
Qol
: Lonqstaff, 72.

Bombardir: Serxio Aquero (Mançester Siti), Temmi Abraham (Çelsi) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button