Ona yeni müqavilə təklif ediləcək – Salahdan çox qazanacaq

“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldu buraxmaq istəmir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli sağ cinah müdafiəçisinə yeni, uzunmüddətli müqavilə təklif edəcək.

“Qırmızılar” klubla 18 aylıq müqaviləsi olan Trentə Məhəmməd Salah və Vircil van Deykdən daha çox maaş təklif edəcək.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir. 25 yaşlı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button