“…bizim oyuna diqtə etməyimiz bir az gülməlidir” – Poçettino

İngiltərə Premyer Liqasının son turunda “Liverpul”a 1:2 hesabı ilə məğlub olan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Nəticəyə görə təəssüf hissi keçirirəm, amma göstərdiyimiz oyuna görə qürur duyuram. İkinci hissədə “Liverpul”dan daha yaxşı oynadıq. Komandadan görmək istədiyim bu idi.

Fabinyo və Nabi Keyta kimi 100 milyon avroluq yarımmüdafiəçilərin ehtiyatda qalması və bizim oyuna diqtə etməyimiz bir az gülməlidir. “Liverpul” inanılmaz keyfiyyətə sahibdir. Futbolda bəzən qalib gəlməyə layiq olursan, amma qələbə qazanmırsan. Futbolçularım qəhrəmandır”.

47 yaşlı mütəxəssis, çempionatı ilk 4-lükdə bitirmək üçün çalışacaqlarını deyib:

“Liverpul” və “Mançester Siti” çempionluq üçün mübarizə aparırlar. Onlara yaxın olmadığımız üçün təəssüflənirik. Hazırda qarşımızda kiçik bir çempionat var. Qalan 7 oyunda ən yaxşısını edərək, liqanı ilk 4-lükdə bitirməyə çalışacağıq”.

Premyer Liqada keçirdiyi 31 turdan sonra 61 xal toplayan “Tottenhem”, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button