“Liverpul”da yeni müqavilə

“Liverpul” gənc futbolçusu Kurtis Consla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

9 yaşından “Liverpul”da olan Kurtis, 18 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin də üzvüdür.