“Arsenal” doğma meydanda uduzdu

İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Kristal Pelas” və “Bornmut” komandaları üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib ayrılıblar. “Mançester Siti” isə səfərdə “Bernli”nin qonağı olub və darmadağına sevinib.

Lider “Liverpul” bu turda əzəli rəqibi olan “Everton”u qəbul edib. Yeddi qolun qeydə alındığı matç “qırmızılar”ın qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşündə “Mançester Yunayted” “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyun “Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı mütəxəssis “Tottenhem”dən əvvəl məhz MY-nin “sükanı arxasında” idi. Amma o, yeni komandası ilə sabiq klubuna məğlub olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Nyukasl” inamlı qələbəyə sevinib. “Arsenal” isə “Brayton”la ev oyunundan məğlub ayrılıb.

İngiltərə Premyer Liqası, 15-ci tur

3 dekabr

Kristal Pelas – Bornmut 1:0
Qol
: Şlupp, 76.

Bernli – Mançester Siti 1:4
Qol
: Breydi, 89 – Q.Jesus, 24; 50. Rodri, 68. Mahrez, 87.

4 dekabr

Çelsi – Aston Villa 4:1
Qol
: Abraham, 24. Mount, 48 – Trezeqe, 41.

Lester – Uotford 2:0
Qol
: Vardi, 55-pen. Meddison, 90+5.

Mançester Yunayted – Tottenhem 2:1
Qol
: Reşford, 6; 49 – D.Alli, 39.

Sauthempton – Norviç 2:1
Qol
: İnqs, 22. Bertrand, 43 – Pukki, 65.

Vulverhempton – Vest Hem 2:0
Qol
: Dendonker, 23. Kutrone, 86.

Liverpul – Everton 5:2
Qol
: Oriqi, 6; 31. Şakiri, 17. Mane, 45. Veynaldum, 90 – M.Kin, 21. Riçarlison, 45+3.

5 dekabr

Şeffild Yunayted – Nyukasl 0:2
Qol
: Maksimin, 15. Şelvi, 70.

Arsenal – Brayton 1:2
Qol
: Lakazette, 50 – Uebster, 36. Maupay, 80.

Bombardir: Ceymi Vardi (Lester) – 14 qol.