“Vulverhempton”a bir qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında Mersisaydın iki təmsilçisi – “Everton” və “Liverpul” komandaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı derbidə qalib müəyyənləşməyib.

“Çelsi” bu turda “Sauthempton”la üz-üzə gəlib. Londonda baş tutan və altı qolun vurulduğu bu matçda da qalib müəyyənləşməyib. “Mançester Yunayted” isə “Nyukasl”ı sınağa çəkib. “Qırmızı şeytanlar” böyük hesabla qələbə qazanıblar.

Turun mərkəzi görüşündə “Mançester Siti” doğma meydanda “Arsenal”ı qəbul edib. “Şəhərlilər” bu oyundan minimal hesabla qalib ayrılıblar.

Bazar günü daha dörd görüş keçirilib. “Şeffild Yunayted” – “Fulhem” və “Kristal Pelas” – “Brayton” oyunlarında tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar. Altı qolun qeydə alındığı “Tottenhem” – “Vest Hem” matçında da qalib müəyyənləşməyib. “Lester” isə evdə “Aston Villa”a minimal hesabla uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Vest Bormviç” – “Bernli” matçında qapılara qol vurulmayıb. Səfərdə “Lids”lə qarşılaşan “Vulverhempton” isə minimal hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası, 5-ci tur

17 oktyabr

Everton – Liverpul 2:2
Qol
: M.Kin, 19. Kalvert, 81 – Mane, 3. Salah, 72.

Çelsi – Sauthempton 3:3
Qol
: Verner, 15; 28. Haverts, 59 – İnqs, 43. Adams, 57. Vesterqaard, 90+2.

Mançester Siti – Arsenal 1:0
Qol
: Sterlinq, 23.

Nyukasl – Mançester Yunayted 1:4
Qol
: Şou, 2-öz qapısına – Maquayr, 23. B.Fernandes, 86. Van-Bissaka, 90. Reşford, 90+6.

18 oktyabr

Şeffild Yunayted – Fulhem 1:1
Qol
: Şarp, 85 – Lukman, 77.

Kristal Pelas – Brayton 1:1
Qol
: Zaha, 19 – Makallister, 90.

Tottenhem – Vest Hem 3:3
Qol
: Son, 1. Keyn, 8; 16 – Balbuena, 82. D.Sançes, 85-öz qapısına. Lansini, 90+4.

Lester – Aston Villa 0:1
Qol
: Barkli, 90+1.

19 oktyabr


Vest Bormviç – Bernli 0:0

Lids – Vulverhempton 0:1
Qol
: R.Ximenes, 70.

Bombardir: Dominik Kalver-Lyuin (Everton), Son Hın Min (Tottenhem) – 6 qol.