“Liverpul” yeni hücumçu üçün 68 milyon avro ödəməlidir

“Aston Villa” növbəti transfer pəncərəsində hücumçusu Olli Uotkinsi satmağa hazırdır.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə maraqlanan əsas klublardan biri “Liverpull”dur.

Transfer yalnız o halda baş tuta bilər ki, “qırmızılar” azı 68 milyon avro ödəməyə razı olsun və Markus Reşford “Aston Villa” ilə tam müqavilə imzalasın. Hazırda “Mançester Yunayted”in hücumçusu “Aston Villa”da icarə əsasında çıxış edir.

29 yaşlı Uotkins cari mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 16 qol vurub və 13 məhsuldar ötürmə verib. O, həmçinin, komandanın hava mübarizələrində ən çox qalib gələn oyunçularından biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button