“Liverpul” Ançelottini istəyirmiş

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karo Ançelotti açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 2015-ci ildə “Liverpul”la anlaşmağa yaxın olduğunu deyib:

“2015-ci ildə “Real”dan ayrıldıqdan sonra “Liverpul”un rəhbərliyi ilə görüşdüm. Yeni baş məşqçi axtarırdılar və mənimlə danışıqlar aparmaq istəyirdilər. Amma Yurgen Kloppu komandaya baş məşqçi təyin etdikdən sonra doğru seçim etdiklərini düşünürəm. O, “Liverpul”da möhtəşəm işlər görür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button