Liqa 1 klubunda baş məşqçi ayrılığı

Fransa Liqa 1-də baş məşqçi istefası gerçəkləşib.

Komanda.az xəbər verir ki, “Reyms” klubu Uill Still ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Still 2022-ci ilin oktyabr ayından “Reyms”i çalışdırırdı. Komanda belçikalı məşqçinin rəhbərliyi altında keçirdiyi 65 rəsmi matçda 26 qələbə qazanıb, 17 heç-heçə edib, 22 dəfə isə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button