“Qarabağ”ın futbolçularının boyu məni təəccübləndirdi” – “Linfild”in futbolçusu

Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Mark Stafford Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az “belfasttelegraph.co.uk” saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi, “Qarabağ”la oyunda tarix yazmaq istədiklərini deyib:

“Bizim üçün “Linfild”in heyətində tarix yazmaq, puldan daha önəmlidir. Əvvəllər burda olan Vinki Mörfi, Noel Bayli kimi oyunçulardan danışırdılar. İndi isə bizim haqda danışmaları çox gözəldir. “Linfild”in heyətində tarix yazmaq istəyirik.

Ötən həftə “Qarabağ”ı məğlub etmək möhtəşəm idi. Oyunun ilk 10-15 dəqiqəsində rəqib müdafiəmizdə boşluqlar tapırdı. Xüsusən də, sağ cinahda bizə problem yaşadırdılar. Kris Keysment son cinahdakı oyunçunu zərərsizləşdirdikdən sonra B planları olmadı. “Qarabağ”ın futbolçularının boyu məni təəccübləndirdi. Rəqib güclü oyunçulara malikdir, ancaq “ikinci mərtəbə”də onlara təhlükə yaşadacağımızı bilirdim.

Onların ilk oyunda iki qol vurması üstünlükdür. Ancaq qələbəmiz möhtəşəm idi və bütün komanda yoldaşlarımla qürur duyuram”.

“Qarabağ” – “Linfild” matçı sabah, saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Qarabağ” 2:3 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button