“Lill” Fransa millisinin sabiq üzvü ilə gücləndi

Rusiyanın Ukraynaya hücumundan sonra – bu ilin martında “Krasnodar”dan azad agent qimində ayrılan Remi Kabella özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Fransanın “Lill” klubu ilə anlaşıb.

32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kabella Rusiya təmsilçisindən gedəndən sonra “Monpelye” ilə anlaşmış, mövsümün sonunadək sözügedən komandanın formasını geyinmişdi. Fransa millisinin sabiq üzvü “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button