Levandovski bu qış klubunu dəyişməyəcək

“Barselona” rəhbərliyi qış transfer pəncərəsində hücumçu Robert Levandovskini satmaq niyyətində deyil. 

Komanda.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta polşalı futbolçunun performansını düzəldəcəyindən əmindir. Klub rəhbərliyi qışda futbolçunu satmaq təkliflərini nəzərdən keçirməyəcəyini bildirib.

35 yaşlı Levandovski bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button