Levandovski Səudiyyə Ərəbistanına gedəcək?

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı klublarının onunla maraqlanmasına baxmayaraq, kataloniyalıları tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvard “Barselonada” qalmaq istəyir.

Onunla təkcə Səudiyyə Ərəbistanı klubları deyil, Avropanın bəzi komandaları da maraqlanır.

Levandovski bu mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button