Levandovski ən yaxşı oldu, Benzemanı geridə qoydu
UEFA Çempionlar Liqasında 2019/20-ci il mövsümünün bombardiri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, final matçında PSJ-ni 1:0 hesabı ilə məğlub edən “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Cari mövsümdə turnirdə keçirdiyi 11 oyunda 15 qol vuran polşalı hücumçu, həm də 6 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında ümumilikdə 68 qol vuran Levandovski, turnirin tarixində ən çox qol vuran futbolçuların siyahısında 4-cü pillədə qərarlaşan Kərim Benzamanı da (“Real”) geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin