“Lester”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Lester” doğma meydanda “Vest Bromviç”lə üz-üzə gəlib.

Meydan sahibləri bu oyunda 3 cavabsız qola seviniblər. “Lester” bu qələbə sayəsində 59 xalla 3-cü pillədə qərarlaşıb. “Vest Bromviç” isə 24 xalla 20 kollektiv arasında 19-cudur.

İngiltərə Premyer Liqası, 32-ci turun oyunu

22 aprel

Lester – Vest Bromviç 3:0
Qol
: Vardi, 23. Evans, 26. İheanaço, 36.