Yayı gözləyirlər

“Lester” “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potterlə maraqlanır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “tülkülər” Brendan Rocersi baş məşqçi postundan qovduqdan sonra Potterlə əlaqə saxlayıb. Amma o, yaya qədər istirahət etmək istədiyi üçün bu təklifi rədd edib.

“Lester” hələ də 47 yaşlı çalışdırıcı ilə maraqlanır və onu yayda kluba dəvət edə bilər.

Aprelin 11-də “Lester” Din Smitin komandanın baş məşqçisi təyin olunduğunu elan edib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button