Qovula bilər!

“Everton” baş məşqçisi Frenk Lempardla yollarını ayıra bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son oyunlarda qazandığı nəticələrdən narazıdır. Bu səbəbdən, Lempardın qovulma ehtimalı ciddi hal almağa başlayıb.

Rəhbərliyin hazırda əsas məqsədi komandanı İngiltərə Premyer Liqasında saxlamaq gücünə malik olan məşqçi ilə yola davam etməkdir.

Lempard 2022-ci ilin yanvarından “Everton”u çalışdırır. Premyer Liqanın 21-ci turunda “Vest Hem”ə uduzan mersisaydlılar (2:0) ardıcıl 8-ci dəfə məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button