Sarri klubunu dəyişə bilər

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri mövsümün sonunda komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisin xidmətində “Atalanta” rəhbərliyi maraqlıdır. Berqamo təmsilçisi Sarrini komandanın hazırkı çalışdırıcısı Raffaele Palladino ilə yollar ayrılacağı halda əsas namizəd kimi nəzərdən keçirir.

İtaliyalı mütəxəssis ötən ilin iyunundan “Latsio”nu çalışdırır. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

“Latsio” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 9-cu, “Atalanta” isə 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button