
Laporta: “Çelsi”yə qalib gəlməliyik”
“Barselona”nın prezidenti Xuan Laporta noyabrın 25-də, “Stemford Bridc”də Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barsa”nın “Çelsi”ni səfərdə məğlub etməli olduğunu düşünür:
“Londonda qalib gəlməliyik, amma bu asan deyil. Fantastik komandamız var. Bu matç üçün zədədən geri qayıdan oyunçularımızın olub-olmayacağını bilmirəm. Rafinya geri qayıtdı və meydana çıxdıqdan dərhal sonra demək olar ki, qol vurdu.
“Çelsi” çox balanslı komandadır. Öz oyunumuzu oynasaq, çoxlu şansımız olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



