
Sabiq futbolçu Poçettinonun istefasını istəyir
ABŞ millisinin sabiq futbolçusu Aleksi Lalas komandanın baş məşqçisi Maurisio Poçettinonu tənqid edib.
ABŞ millisi ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının 1/8 finalında Belçika yığmasına 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı mütəxəssisin komandadan ayrılmasının vaxtının çatdığını bildirib:
“Mən onun getməsini istəyirəm. Onun vaxtı bitdi. Belçika millisi ilə oyun onun üçün həlledici idi. ABŞ Futbol Federasiyası irəli baxmalıdır. O, yaxşı işlər görsə də, əsas məqsəddə uğursuz oldu. Belçika millisinə uduzmaq başqa məsələdir, amma bu cür məğlub olmaq tamamilə fərqlidir. Bunun məsuliyyəti həm Poçettinonun, həm də futbolçuların üzərindədir”.
Bizi Facebook-da izləyin



