La Liqada yeni təqvim

Koronavirus səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpasından sonra cümə və bazar ertəsi günləri oyunlar keçirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumata görə, oyunların cümə və bazar ertəsi günlərində keçirilməsinə icazə verilib.

Mövsümü problemsiz şəkildə başa çatdırmaq üçün oyunlar sözügedən günlərdə də təşkil oluna biləcək. Bununla da, liqada cari mövsüm 1,5 ay içərisində yekunlaşdırıla bilər.