La Liqada fevralın ən yaxşısı seçildi

Futbol üzrə İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Barselona”nın ulduz oyunçusu Lionel Messi ötən ayın ən yaxşısı seçilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Ötən ay argentinalı dörd qol vurub və altı assist edib. Messi o qolların hamısını fevralda keçirilən bir matçda vurub. O, “Eybar”a qarşı görüşdə (5:0) pokerə imza atıb.

Messi bu mövsüm ikinci dəfə La Liqada ayın ən yaxşı oyunçusu adına layiq görülür. Lionel daha öncə noyabrda hamıdan üstün olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button