La Liqa klubundan yeni transfer

İspaniyanın “Hueska” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 2-də çempion olaraq yeni mövsümdən elitada oynamaq hüququ qazanan bu klub “Vilyarreal”ın qapıçısı Andres Fernandesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Andres Fernandes karyerası ərzində “Osasuna”, “Portu” və “Qranada”da da forma geyinib. O, 2010/11 mövsümündə də “Hueska”nın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button