Kvaratsxeliya ilə “Napoli” arasında yeni anlaşma

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə müqaviləsini uzadacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı gürcü futbolçu 2028-ci ilə kimi hesablanacaq yeni müqavilə bağlamağa razılaşıb. Yeni müqavilə ilə onun maaşı illik 1 milyon avrodan 2,5 milyona qədər artacaq.

Bonusları da nəzərə alsaq, Kvaratsxeliyanın illik gəliri 4 milyon avroya çata bilər. Kompensasiya məbləği müqaviləyə daxil edilməyəcək.

Xviça 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm neapolluların heyətində bütün turnirlərdə 30 oyun keçirib, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.

Neapol komandası 71 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button