Kvalyarelladan yeni rekord

“Sampdoriya” İtaliya A Seriyasının 20-ci turunda səfərdə “Fiorentina”yla qollu bərabərə qalıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 3:3 hesabıyla bitən görüşdə iki qolun müəllifi olan “Sampdoriya”lı Fabio Kvalyarella yeni rekorda imza atıb.

Belə ki, 35 yaşlı forvard A Seriyasında ardıcıl 10 oyunda qol vurub. Kvalyarella bunu bacaran ən yaşlı futbolçudur. O, həm də, ardıcıl 10 oyunda da fərqlənməyi bacaran 2-ci oyunçu olub.

İtaliyalı forvard növbəti turda da fərqlənəcəyi təqdirdə, argentinalı sabiq hücumçu Qabriel Batistutaya çatacaq. Belə ki, Batistuta A Seriyasında ardıcıl 11 oyunda qol vurmağı bacaran ilk futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button