Kulibali Liqa 1-ə gedir

“Napoli”nin futbolçusu Xalidu Kulibali karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, PSJ 29 yaşlı müdafiəçini heyətinə qatmağa yaxındır. Paris klubunun futbolçu üçün 52 milyon+7 milyon avro (bonus) təklif etdiyi bildirilir. Tərəflər arasında danışıqlar davam edir və transferin növbəti həftə yekunlaşması gözlənilir.

Seneqallı futbolçu ilə “Mançester Siti”nin də maraqlandığı bildirilir.

Onun “Napoli” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.