Kubok sahibinə qovuşur

“Mançester Siti” 2022/23 mövsümü üzrə İngiltərə Premyer Liqasının qalibi olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” kuboka “Çelsi” ilə keçiriləcək son ev matçından sonra sahib olacaq. Həmin matç bu gün, saat 19:00-da start götürəcək.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib.

Mançester təmsilçisi ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button