
Kubarsi: “Mbappe məni qorxutmur”
İspaniya millisinin müdafiəçisi Pau Kubarsi dünya çempionatının yarımfinalında Fransa yığması ilə keçiriləcək oyundan öncə Kilian Mbappe barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Kilian Mbappe məni qorxutmur. Amma onun keyfiyyətlərini hamı bilir. Meydanda nəzərə çarpmasa belə, bir hərəkətlə hər şeyi dəyişə bilər. O, Lamin Yamal kimi unikaldır. Bütün 90 dəqiqə ərzində diqqətli olmaq lazımdır”.
İspaniya millisi ilə Fransa yığması arasında yarımfinal görüşü iyulun 14-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



