Kroos: “Almaniya millisində dünya səviyyəli bir oyunçu yoxdur”

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos yığma komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın sabiq futbolçusu bunu deyib:

“Hazırda dünya səviyyəli bir oyunçumuz yoxdur. Potensiallı oyunçularımız var, amma bu, onların hələ o səviyyədə olduqları anlamına gəlmir. Dünya səviyyəli oyunçular dünya çempionatı oyunlarının taleyini həll edə bilirlər və qol vurma siyahısında birinci yerdədirlər”.

Almaniya millisi 1/16 final mərhələsində Paraqvay yığmasına uduzaraq, turnirlə vidalaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay yığması daha dəqiq oynayıb.

Kroos 2024-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button