Koutinyonun Bundesliqa macərası başa çatdı?

“Bavariya”nın zədəli futbolçusu Filippe Koutinyo gözlənildiyindən gec sağalacaq.

Komanda.az xəbər verir ki, apreldə sağ ayaq biləyindən əməliyyat olunan futbolçunun 14 gündən sonra məşqlərə başlaya biləcəyi deyilmişdi. Lakin Almaniya mətbuatının məlumatına görə, Koutinyo tam sağalması üçün daha gec – 6 həftə sonra yaşıl meydanlara qayıda biləcək. Beləliklə, “Bavariya”da icarə əsasında çıxış edən yarımmüdafiəçinin cari mövsümdə çıxış edə bilməyəcəyi bildirilir.

Ötən ilin avqustunda icarə əsasında “Bavariya”ya keçən 27 yaşlı futbolçunun icarə müqaviləsi iyunda başa çatır.

Bundesliqa koronavirus səbəbiylə dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button