“Koutinyo “Tottenhem” üçün böyük transfer ola bilər”

İngiltərənin “Tottenhem” klubunun sabiq qapıçısı Pol Robinson “Bavariya” ilə icarə müqaviləsi başa çatacaq Filippe Koutinyo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu, Koutinyonun “Tottenhem” üçün böyük transfer ola biləcəyini bildirib:

“Koutinyonun komandasını dəyişdirməklə bağlı söhbətlər davam edir. “Bavariya” onu saxlamaq istəmədi, həmçinin o, “Barselona”nın da planlarına daxil deyil. O, Premyer Liqaya qayıda bilər. Koutinyo “Tottenhem” üçün böyük transfer ola bilər. İngiltərədən ayrılandan bəri onun formada olduğunu düşünmürəm. Premyer Liqaya uyğun futbolçu olduğu açıq-aşkar görünür. Premyer Liqa komandaları onunla güclənə bilər”.

Müqavilə ilə “Barselona”ya məxsus olan braziliyalı futbolçu daha əvvəl İngiltərədə “Liverpul”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button