Koutinyo: 2003-cü ildən sonra ilk dəfə…

Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində “Verder”ə 6:1 hesabıyla qalib gələn “Bavariya”nın futbolçusu Filippe Koutinyo bu qarşılaşmada 3 qolla yadda qalıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, 2003-cü ildən sonra “Bavariya”nın heyətində het-trik edən ilk braziliyalı futbolçu olub.

Sonuncu dəfə 2003-cü ildə “sambaçı” Covane Elber “Herta” ilə oyunda (6:3) “Bavariya”nın heyətində 3 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button