Konsert olacaq – Azərbaycan millisinin zəfəri münasibəti ilə

Mini-futbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması münasibəti ilə konsert proqramı təşkil ediləcək.

Məlum olduğu kimi, Slovakiyada keçirilmiş Avropa çempionatında mini-futbol üzrə Azərbaycan milli komandası qalib gəlib. Milli tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniyaya 1:0 hesabı ilə qalib gələrək qızıl medalların sahibi olub.

Komanda.az xəbər verir ki, bu qalibiyyət münasibətilə iyunun 15-də, saat 19.00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Mini-Futbol Federasiyası, “AzfarGroup”, “Zirə” Peşəkar Futbol Klubu, sponsor isə “Nar Mobile” şirkətidir.

Konsert proqramında rəsmi şəxslər və mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək. Xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq. Müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button