Konfrans Liqası: “Qarabağ”ın “Bazel”lə ev oyununun stadionu bilindi

Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) matçının oynanılacağı stadion məlum olub.

Komanda.az UFEA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun Bakı Olimpiya stadionunda keçiriləcək. Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” matçı saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button