Konfrans Liqasında 2-ci təsnifat mərhələsi başladı – 3 oyuna 10 qol

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Hibernians”, “Tirana” və “La Fiorita” doğma azarkeşləri önündə mübarizə aparıb. “Hibernians” “Levadiya”nı məğlub yola salıbsa, tiranalılar öz meydanlarında “Zrinski”yə minimal hesabla uduzublar. “La Fiorita” da Kosovo təmsilçisi ilə oyunda darmadağına üzülüb.

Mərhələnin digər oyunları iyulun 20-21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında olacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

19 iyul

Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2

Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1

La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button