Konfrans Liqası: Həftənin oyunçusu açıqlandı

Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada Danimarkanın “Nordsyelland” klubunun sağ cinah vingeri Benjamin Niqren layiq görülüb.

O, Yuray Kuçka (“Slovan”, Bratislava, Slovakiya), Amal Pelleqrino (“Bodo Qlimt”, Norveç) və Tyaqonu (“Brügge”, Belçika) qabaqlayıb.

Niqren Türkiyənin “Fənərbaxça” komandasına 6:1 hesabıyla qalib gəldikləri ev oyununda het-trikə imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button