Konfrans Liqası: Emrelinin komandası “Betis”ə rəqib oldu

Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu İspaniya təmsilçisi “Betis”lə görüşəcək.

“Şturm Qraz” (Avstriya) – “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)
“Yunion” (Belçika) – “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) – Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) – “Bodo Qlimt” (Norveç)
“Molde” (Norveç) – “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) – Gent (Belçika)

Pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button